Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında


Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin 2-ci kurs tələbəsi Aytac Səmədova martın 7-dən 23-dək  Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edib.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, milli komandamızın tərkibində ölkəmizi paorlifting idman növü üzrə təmsil edən Aytac Səmədova yığmamıza ilk olaraq biri qızıl olmaqla 4 medal qazandırıb.

Əslən Xocalı şəhərindən olan Aytac Səmədova 1999-cu ildə Gəncə şəhərində anadan olub.  1992-ci ildə Xocalı şəhərinin erməni silahlıları tərəfindən işğalından və dinc əhaliyə qarşı törədilmiş soyqırımı aktından sonra idmançının ailəsi Gəncə şəhərində məskunlaşıb. Artıq 4 ildir ki, paorlifting idman növü ilə  məşğul olan Aytac Səmədova ilk dəfə 2015-ci ildə ABŞ-ın Kaliforniya ştatının Los-Angeles şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edib və milli komandamızın ilk gümüş mükafatçısı olub.