Şabran rayonu üzrə məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi başa çatıb. Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Gülər Hüseynovanın  verdiyi məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

 

Müsabiqənin bu  mərhələsində 32 nəfər rayon  məktəblisinin təqdimatı dinlənilib.

 

Münsiflər heyətinin rəyinə əsasən, Şabran rayon Şahnəzərli kənd tam orta məktəbinin X sinif şagirdi Zərnigar Sultanovanın təqdimatı rayon üzrə "ən yaxşı təqdimat" olaraq seçilib və təqdimat müəllifi  müsabiqənin apreldə keçiriləcək ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.

 

Şakir CƏFƏROV