Martın 27-də Biləsuvar Rayon Təhsil Şöbəsində Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və dövlət xadimi Heydər  Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmş ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Ən yaxşı təqdimat”  müsabiqəsi keçirilib.

 

Təhsil şöbəsinin müdir əvəzi  Anar Xammədovdan aldığımız məlumata görə, rayon turunda  ümumtəhsil məktəblərindən 29 şagird   müsabiqəyə qatılıb.

 

 Sonda Ə.Hüseynov adına Çaylı kənd tam orta məktəbinin  X sinif şagirdi  Mirzəhra Sultanova müsabiqənin  qalibi olub.

 

 Şakir CƏFƏROV