Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində 27 Mart–Elm Gününə həsr olunmuş bilik yarışı keçirilib.

 

Viktorinanı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Prezident İlham Əliyevin Elm Gününün təsis olunması ilə bağlı sərəncamını diqqətə çatdırıb. Rektor çıxışında tələbələrə uğurlar arzulayıb.

 

“İnformatika” kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Zümrüd Səfərova qaydalar haqqında məlumatı diqqətə çatdırdıqdan   sonra yarışa start verilib.

 

Fakültənin tələbələrindən ibarət olan “Azadlıq”, “Zəfər”, “Qisas”, “İstiqlal”, “Günnüt”, “5+1” adlı komandaların iştirakı ilə keçirilən yarış 27 sual olmaqla üç mərhələdən ibarət olub. Gərgin gedən yarışın sonunda I yerə “Günnüt”, II yerə “Azadlıq”, III yerə isə “5+1” komandaları layiq görülüb.