Bülbülün Memorial Muzeyində Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi keçirilib. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin səhnələşdirdiyi ədəbi-bədii kompozisiya  tamaşaçılara təqdim  olunub.

 

Sonda “Nəsimi” filmindən şairin “Sığmazam” qəzəlinin ifa olunduğu parça nümayiş etdirilib.

 

Qeyd edək ki, 2018-ci ilin sentyabrından  ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib.

 

Sifai  SƏFƏROVA