İlahiyyat İnstitutunun tələbələri asudə vaxtlarını səmərəli keçirirlər
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqidi təfəkkürünün formalaşmasına xüsusi önəm verir. Tələbələrin asudə vaxtlarının faydalı keçirilməsi üçün institutda müxtəlif tədbirlər görülür. Həmçinin Aİİ-də sosial yönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar da təşkil olunur. Belə ki, şənbə günü türkiyəli fərdi inkişaf mütəxəssisi Əhməd Şərif İzgörənin “Ovcumuzdakı kəpənək” mövzusunda çıxışı tələbələrdə xoş ovqat yaradıb.
Mövzu ətrafında müzakirələr aparılıb. İnsanın fərdi inkişafı üçün atmalı olduğu addımlarla bağlı tələbələrə tövsiyələr verilib.
Sifai SƏFƏROVA