Bakıdakı Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Moskvada keçirilən “Prospect Music” beynəlxalq müsabiqəsində iştirak ediblər. Şagirdlərdən Sevil Kəngərli II, Zəhra Aslanlı isə III yerə layiq görülüblər. S.Kəngərli Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında keçirilən konsertdə dahi Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Göldə” pyesini ifa edib.
Qeyd edək ki, şagirdlərin parlaq çıxışları münsiflər heyətini heyrətləndirib və onlarda xoş ovqat yaradıb.
Sifai SƏFƏROVA