Dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı universitetlərinin reytinqi


Qlobal dünyanın trendləri  universitetlər qarşısında əmək bazarının sərt tələblərinə uyğun rəqabətqabiliyətli, yüksək hazırlıqlı mütəxəssislərin hazırlanması kimi  kəskin vəzifələr qoyur.  Gəncləri artıq konkret ali təhsil müəssisəsinin diplomu deyil,  daha çox keyfiyyətli  təhsil maraqlandırır.  Elə  əmək bazarında öz korrektələrini edən işəgötürənlər də bunu tələb edir. Beləliklə,  hansı universitet daha keyfiyyətli təhsil verir? Hansı universitetdə yüksəkixtisaslı, peşəkar mütəxəssis kimi yetişmək olar?

 

Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) şirkətinin ixtisas hazırlığı üzrə dünyanın ən yaxşı universitetlərinin sayca 9-cu reytinqi (QS World University Rankings by Subject 2019)  bu suallara cavab tapmağa imkan verir.   Tədqiqat ali məktəb seçimində abituriyentlər üçün  çox qiymətli  resurs rolunu oynayır.  Reytinqin nəticələrindən istifadə etməklə gənclər onları maraqlandıran universitetləri seçə və müqayisə apara bilərlər.

 

QS-in 2019-cu  illik reytinqinə  dünyanın 78  ölkəsindən 1222  ali məktəb cəlb olunub.  Tədqiqatda ali məktəblərin 48 fənn  üzrə mövqeyi əks olunub. Tədqiqat gedişində dünyanın 83  min aliminin 1.25 milyon rəyi nəzərə alınıb.  22 milyon elmi məqalə və  onlardan 150 milyon sitatgətirilmə təhlil olunub. Bundan əlavə, ali məktəblərlə bağlı 42 min işəgötürən arasında sorğu keçirilib.  Tədris olunan hər bir  fənn  üçün qiymətləndirmə meyarları kimi - akademik cəmiyyətin, işəgötürənlərin rəyləri,  elmi məqalələrdən sitatgətirilmə indeksi, Xirş əmsalı əsas götürülüb.  Tərtibçilər ali məktəbləri qiymətləndirərkən müəllim və tələbələrin Scopus/Elsevier biblioqrafiya verilənlər bazasından əldə olunmuş məlumatlar əsasında elmi məqalələrindən sitatgətirilmə indeksini əsas götürüblər. 

 

Dünyanın ixtisas hazırlığı üzrə ən yaxşı ali məktəblərinin reytinqinə  ABŞ-ın Harvard Universiteti başçılıq edir.

 

Əsas tendensiyalar:

 

* İxtisas hazırlığı sahəsində bir nömrəli Amerika universitetlərinin sayı 2019-cu ildə 2018-ci ilə nisbətən 34-dən 28-ə düşüb: 

 

 

* Harvard Universiteti dünya səviyyəli liderdir, 12 ixtisas üzrə ilk sırada  yerləşir, daha sonra  11  ixtisas üzrə Massaçusets Texnologiya İnstitutu (MİT) gəlir;

 

 

* İsveçrə dünyanın üçüncü ən yüksək təhsil sistemidir.  Sürix Texnologiya İnstitutunun (ETH Zürih) ən diqqətçəkən  uğuru onun ABŞ və Böyük Britaniya universitetlərinin  üst sırasında - ilk 10-da yer  almasıdır;

 

* Brextin qeyri-müəyyənliyinə baxmayaraq, Böyük Britaniyanın  reytinqdə mövqeyi sabit olaraq qalır, birinci yerdə təmsilçilik  payını 10-dan 13-dək artırıb və bütün sahələrdə tədqiqatların nəticələrini yaxşılaşdırıb;

 

* Sinqapur Asiyada ən yaxşı təhsil sisteminə malikdir.  Bu ölkənin reytinqdə təmsil olunan ali məktəblərinin sayı region universitetlərinin ümumi sayından 10 dəfə çoxdur; 

 

 

* Çin rəqabət qabiliyyətliliyini artırmaqda davam edir, bu da 50-yə yaxın hazırlıq istiqamətində daha yüksək nəticə deməkdir;

 

* Braziliya Latın Amerikası regionu üzrə orta dərəcədə yüksək fəallıq göstərir. 

 

 

Tədqiqat  dünyanın ixtisas sahələri üzrə lider olan 4 ali təhsil müəssisəsinin aparıcı mövqeyini üzə çıxarıb. Harvard Universiteti 12, Massaçusets Texnologiya İnstitutu 11, Oksford Universiteti 6, London Universitet Kolleci 2 ixtisas hazırlığı istiqaməti  üzrə  liderdir.  

 

Reytinqin ilk 10-luğunda aşağıdakı ölkələr yer alıb: 1. ABŞ (234 ali məktəb), 2. Böyük Britaniya  (137 ali məktəb), 3. İsveçrə (22 ali məktəb), 4. Avstraliya (18 ali məktəb), 5. Kanada (15 ali məktəb), 6. Sinqapur (14 ali məktəb), 7. Niderland (12 ali məktəb), 8. İtaliya (6 ali məktəb), 9. Materik Çin (4 ali məktəb), 10. İsveç (4 ali məktəb).

 

2019-cu ilin nəticələri göstərir ki,  bütün dünyada rəqabətin güclənməsi hesabına ABŞ-ın rolu zəifləyir.  QS-in tədqiqatlar üzrə direktoru Ben Sauter tədqiqatın nəticələrini belə şərh edir:  “Reytinqdə müşahidə etdiyimiz ən mühüm məqam,  çox güman ki, Birləşmiş Ştatların üstünlüyünün qəti şəkildə sınmasıdır. 2015-ci ildən ABŞ əsas benefisiarları  - Çin daxil olmaqla, Avstraliya və Birləşmiş  Krallıqdakı tədqiqat bölmələrinin  10%-ni itirib.   Böyük Britaniyada tədqiqatların nəticələri maliyyələşdirmənin əhəmiyyətli ixtisarına baxmayaraq, yüksək olaraq qalır. Hərçənd ki,  Britaniyanın Avropa Birliyi ilə elmi əməkdaşlığının da bu uğurun əldə olunmasında töhfəsini azaltmaq olmaz”.

 

Mühüm nəticələrdən biri də  aşağıda adları çəkilən ali məktəblərin konkret bir ixtisas sahəsi üzrə  lider mövqedə olmalarıdır: Britaniya Kolumbiyası, Kembric Universiteti, Kolorado Dağ-Mədən Məktəbi, ETH Lozanna Məktəbi,  ETH Sürix Məktəbi,  Culiyard Məktəbi,  Karolinsk İnstitutu,  Lafboro Universiteti,  Kral İncəsənət Kolleci, Kral Baytarlıq Kolleci, La Sapienza, Stenford, Amsterdam,  Vyana Musiqi və ifaçılıq,  Pensilvaniya, Pitsburq, Susseks, Vagingen universitetləri.

 

Rusiya universitetləri 2018-ci ildə itirmiş olduqları mövqelərini bir qədər yaxşılaşdıra biliblər.  25 ali məktəb  ayrı-ayrı ixtisas istiqamətləri üzrə dünyanın ən yaxşı 100 ali məktəbi sırasına düşə bilib. M.V. Lomonosov  adına Moskva Dövlət Universiteti  reytinqdə  Rusiyanın liderlik edən təhsil müəssisəsi kimi qalır.  MDU beş müxtəlif ixtisas üzrə top-50-liyə daxil olub: linqvistika (23-cü yer), fizika və astronomiya (26-cı yer), müasir dillər (33-cü yer), riyaziyyat (34-cü yer), kompüter elmləri və informasiya sistemləri (48-ci yer). Rusiyanın yalnız bir  universiteti dünyanın top-20-liyinə daxil olub. Sankt-Peterburq Dağ-Mədən Universiteti  dağ-mühəndislik işi üzrə 19-cu yeri tutub. 

 

QS-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Zoya Zaytsevanın sözlərinə görə, “son 15 ildə ilk dəfə  Rusiya ali məktəbləri elmmetrik göstəricilər   üzrə  əla nəticələr göstəriblər. Məhz elmi məqalələrdən sitatgətirmə  indeksi ali məktəbin göstəricilərinin yaxşılaşması üçün ən mürəkkəb kriteriyalardan biridir.  Bu il  adıçəkilən indikatorun artımı orta dünya göstəricilərini aşıb”.  

 

Qeyd edək ki,  dünya universitetlərinin bilik sahələri üzrə  QS World University Rankings by Subject  reytinqi  2011-ci ildən dərc edilir.  Bu reytinq işəgötürənlərə, tələbələrə, valideynlərə və müəllimlərə dünya üzrə hansı universitetin keçilən hər bir fənn üzrə ən yaxşı olmasına dair tam və ən dolğun məlumatlar əldə etmək imkanı verir.

 

Dünyanın ixtisas hazırlığı sahəsində ən yaxşı universitetlərinin reytinq vəziyyəti ilə www.topuniversities.com/subject-rankings/2019 səhifəsindən daha yaxından tanış olmaq olar.

 

 

 

 

Tutduğu yer

İxtisas istiqaməti

Ali məktəb

Ölkə

1.

Mühasibat və maliyyə

Harvard Universiteti

ABŞ

2.

Kənd və meşə təsərrüfatı

Vageningen Universiteti

Hollandiya

3.

Anatomiya və fiziologiya

Kembric  Universiteti

Birləşmiş Krallıq

4.

Antropologiya

Oksford  Universiteti

Birləşmiş Krallıq

5.

Arxeologiya

Oksford Universiteti

Birləşmiş Krallıq

6.

Memarlıq

London Universitet Kollecinin Barlet Arxitektura məktəbi

Birləşmiş Krallıq

7.

İncəsənət və dizayn

London  Kral İncəsənət Kolleci

Birləşmiş Krallıq

8.

Biologiya elmləri

Harvard Universiteti

ABŞ

9.

Biznes və menecment tədqiqatları

Harvard Universiteti

ABŞ

10.

Kimya maşınqayırması

Massaçusets Texnologiya İnstitutu

ABŞ

11.

Kimya

Massaçusets Texnologiya İnstitutu

ABŞ

12.

Mülki tikinti

Massaçusets Texnologiya İnstitutu

ABŞ

13.

Klassik və  qədim tarix

Roma La Sapienza Universiteti

İtaliya

14.

Kommunikasiya və media

Amsterdam Universiteti

Hollandiya

15.

İnformatika və informasiya sistemləri

Massaçusets Texnologiya İnstitutu

ABŞ

16.

Stomatologiya

Karolinsk İnstitutu

İsveç

17.

Beynəlxalq inkişaf

Sussex Universiteti

Birləşmiş Krallıq

18.

Yerin  və dünya okeanının tədqiqi

Sürix Ali Texnik Məktəbi

İsveçrə

19.

İqtisadiyyat

Harvard Universiteti

ABŞ

20.

Təhsil

London Universitet Kollecinin Təhsil İnstitutu

Birləşmiş Krallıq

21.

Elektrik və elektron mühəndisliyi

Massaçusets Texnologiya İnstitutu

ABŞ

22.

İngilis dili və ədəbiyyatı

Oksford Universiteti

Birləşmiş Krallıq

23.

Ekoloji tədqiqatlar

Stenford Universiteti

ABŞ

24.

Coğrafiya

Oksford Universiteti

Birləşmiş Krallıq

25.

Tarix

Harvard Universiteti

ABŞ

26.

Otel biznesi və idarəetmə

Sürix Ali Texnik Məktəbi

İsveçrə

27.

Hüquq

Harvard Universiteti

ABŞ

28.

Kitabxana və informasiya  

Britaniya Kolumbiyası Universiteti

Kanada

29.

Dilçilik

Massaçusets Texnologiya İnstitutu

ABŞ

30.

Materiallar elmi

Massaçusets Texnologiya İnstitutu

ABŞ

31.

Riyaziyyat

Massaçusets Texnologiya İnstitutu

ABŞ

32.

Mühəndislik

Massaçusets Texnologiya İnstitutu

ABŞ

33.

Tibb

Harvard Universiteti

ABŞ

34.

Dağ-mədən sənayesi  mühəndisliyi 

Kolorado ştat Universiteti

ABŞ

35.

Müasir dillər

Harvard Universiteti

ABŞ

36.

Tibb bacısı işi

Pensilvaniya Universiteti

ABŞ

37.

İncəsənətin praktik növləri

Culyard  Məktəbi

ABŞ

Vyana Musiqi və ifaçılıq Universiteti

Avstriya

38.

Əczaçılıq və farmakologiya

Oksford Universiteti

Birləşmiş Krallıq

39.

Fəlsəfə

Pitsburq Universiteti

ABŞ

40.

Fizika  və astronomiya

Massaçusets Texnologiya İnstitutu

ABŞ

41.

Siyasət və beynəlxalq tədqiqatlar

Harvard Universiteti

ABŞ

42.

Psixologiya

Harvard Universiteti

ABŞ

43.

Sosial siyasət və inzibatçılığı

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi

Birləşmiş Krallıq

44.

Sosiologiya

Harvard Universiteti

ABŞ

45.

İdman

Lafoboro  Universiteti

Birləşmiş Krallıq

46.

Statistika

Massaçusets Texnologiya İnstitutu

ABŞ

47.

İlahiyyat və dinşünaslıq

Harvard Universiteti

ABŞ

48.

Baytarlıq

 London Universitetinin Kral Baytarlıq Kolleci

Birləşmiş Krallıq

 

 

Oruc MUSTAFAYEV