Daha keyfiyyətli təhsil verən universitetlər | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qlobal dünyanın trendləri universitetlər qarşısında əmək bazarının sərt tələblərinə uyğun rəqabətqabiliyətli, yüksək hazırlıqlı mütəxəssislərin hazırlanması kimi kəskin vəzifələr qoyur. Gəncləri artıq konkret ali təhsil müəssisəsinin diplomu deyil, daha çox keyfiyyətli təhsil maraqlandırır. Elə əmək bazarında öz korrektələrini edən işəgötürənlər də bunu tələb edir. Beləliklə, hansı universitet daha keyfiyyətli təhsil verir? Hansı universitetdə yüksəkixtisaslı, peşəkar mütəxəssis kimi yetişmək olar?
Böyük Britaniyanın nüfuzlu Quacquarelli Symonds (QS) şirkətinin ixtisas hazırlığı üzrə dünyanın ən yaxşı universitetlərinin sayca 9-cu reytinqi (QS World University Rankings by Subject 2019) bu suallara cavab tapmağa imkan verir. Tədqiqat ali məktəb seçimində abituriyentlər üçün çox qiymətli resurs rolunu oynayır. Reytinqin nəticələrindən istifadə etməklə gənclər onları maraqlandıran universitetləri seçə və müqayisə apara bilərlər.
QS-in 2019-cu illik reytinqinə dünyanın 78 ölkəsindən 1222 ali məktəb cəlb olunub. Tədqiqatda ali məktəblərin 48 fənn üzrə mövqeyi əks olunub. Tədqiqat gedişində dünyanın 83 min aliminin 1.25 milyon rəyi nəzərə alınıb. 22 milyon elmi məqalə və onlardan 150 milyon sitatgətirilmə təhlil olunub. Bundan əlavə, ali məktəblərlə bağlı 42 min işəgötürən arasında sorğu keçirilib. Tədris olunan hər bir fənn üçün qiymətləndirmə meyarları kimi - akademik cəmiyyətin, işəgötürənlərin rəyləri, elmi məqalələrdən sitatgətirilmə indeksi, Xirş əmsalı əsas götürülüb. Tərtibçilər ali məktəbləri qiymətləndirərkən müəllim və tələbələrin Scopus/Elsevier biblioqrafiya verilənlər bazasından əldə olunmuş məlumatlar əsasında elmi məqalələrindən sitatgətirilmə indeksini əsas götürüblər.
Əsas tendensiyalar:
* İxtisas hazırlığı sahəsində bir nömrəli Amerika universitetlərinin sayı 2019-cu ildə 2018-ci ilə nisbətən 34-dən 28-ə düşüb:
* Harvard Universiteti dünya səviyyəli liderdir, 12 ixtisas üzrə ilk sırada yerləşir, daha sonra 11 ixtisas üzrə Massaçusets Texnologiya İnstitutu (MİT) gəlir;
* İsveçrə dünyanın üçüncü ən yüksək təhsil sistemidir. Sürix Texnologiya İnstitutunun (ETH Zürih) ən diqqətçəkən uğuru onun ABŞ və Böyük Britaniya universitetlərinin üst sırasında - ilk 10-da yer almasıdır;
* Brextin qeyri-müəyyənliyinə baxmayaraq, Böyük Britaniyanın reytinqdə mövqeyi sabit olaraq qalır, birinci yerdə təmsilçilik payını 10-dan 13-dək artırıb və bütün sahələrdə tədqiqatların nəticələrini yaxşılaşdırıb;
* Sinqapur Asiyada ən yaxşı təhsil sisteminə malikdir. Bu ölkənin reytinqdə təmsil olunan ali məktəblərinin sayı region universitetlərinin ümumi sayından 10 dəfə çoxdur;
* Çin rəqabət qabiliyyətliliyini artırmaqda davam edir, bu da 50-yə yaxın hazırlıq istiqamətində daha yüksək nəticə deməkdir;
* Braziliya Latın Amerikası regionu üzrə orta dərəcədə yüksək fəallıq göstərir.
Tədqiqat dünyanın ixtisas sahələri üzrə lider olan 4 ali təhsil müəssisəsinin aparıcı mövqeyini üzə çıxarıb. Harvard Universiteti 12, Massaçusets Texnologiya İnstitutu 11, Oksford Universiteti 6, London Universitet Kolleci 2 ixtisas hazırlığı istiqaməti üzrə liderdir.
Reytinqin ilk 10-luğunda aşağıdakı ölkələr yer alıb: 1. ABŞ (234 ali məktəb), 2. Böyük Britaniya (137 ali məktəb), 3. İsveçrə (22 ali məktəb), 4. Avstraliya (18 ali məktəb), 5. Kanada (15 ali məktəb), 6. Sinqapur (14 ali məktəb), 7. Niderland (12 ali məktəb), 8. İtaliya (6 ali məktəb), 9. Materik Çin (4 ali məktəb), 10. İsveç (4 ali məktəb).
2019-cu ilin nəticələri göstərir ki, bütün dünyada rəqabətin güclənməsi hesabına ABŞ-ın rolu zəifləyir. QS-in tədqiqatlar üzrə direktoru Ben Sauter tədqiqatın nəticələrini belə şərh edir: “Reytinqdə müşahidə etdiyimiz ən mühüm məqam, çox güman ki, Birləşmiş Ştatların üstünlüyünün qəti şəkildə sınmasıdır. 2015-ci ildən ABŞ əsas benefisiarları - Çin daxil olmaqla, Avstraliya və Birləşmiş Krallıqdakı tədqiqat bölmələrinin 10%-ni itirib. Böyük Britaniyada tədqiqatların nəticələri maliyyələşdirmənin əhəmiyyətli ixtisarına baxmayaraq, yüksək olaraq qalır. Hərçənd ki, Britaniyanın Avropa Birliyi ilə elmi əməkdaşlığının da bu uğurun əldə olunmasında töhfəsini azaltmaq olmaz”.
Mühüm nəticələrdən biri də aşağıda adları çəkilən ali məktəblərin konkret bir ixtisas sahəsi üzrə lider mövqedə olmalarıdır: Britaniya Kolumbiyası, Kembric Universiteti, Kolorado Dağ-Mədən Məktəbi, ETH Lozanna Məktəbi, ETH Sürix Məktəbi, Culiyard Məktəbi, Karolinsk İnstitutu, Lafboro Universiteti, Kral İncəsənət Kolleci, Kral Baytarlıq Kolleci, La Sapienza, Stenford, Amsterdam, Vyana Musiqi və ifaçılıq, Pensilvaniya, Pitsburq, Susseks, Vagingen universitetləri.
Rusiya universitetləri 2018-ci ildə itirmiş olduqları mövqelərini bir qədər yaxşılaşdıra biliblər. 25 ali məktəb ayrı-ayrı ixtisas istiqamətləri üzrə dünyanın ən yaxşı 100 ali məktəbi sırasına düşə bilib. M.V. Lomonosov adına Moskva Dövlət Universiteti reytinqdə Rusiyanın liderlik edən təhsil müəssisəsi kimi qalır. MDU beş müxtəlif ixtisas üzrə top-50-liyə daxil olub: linqvistika (23-cü yer), fizika və astronomiya (26-cı yer), müasir dillər (33-cü yer), riyaziyyat (34-cü yer), kompüter elmləri və informasiya sistemləri (48-ci yer). Rusiyanın yalnız bir universiteti dünyanın top-20-liyinə daxil olub. Sankt-Peterburq Dağ-Mədən Universiteti dağ-mühəndislik işi üzrə 19-cu yeri tutub.
QS-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Zoya Zaytsevanın sözlərinə görə, “son 15 ildə ilk dəfə Rusiya ali məktəbləri elmmetrik göstəricilər üzrə əla nəticələr göstəriblər. Məhz elmi məqalələrdən sitatgətirmə indeksi ali məktəbin göstəricilərinin yaxşılaşması üçün ən mürəkkəb kriteriyalardan biridir. Bu il adıçəkilən indikatorun artımı orta dünya göstəricilərini aşıb”.
Qeyd edək ki, dünya universitetlərinin bilik sahələri üzrə QS World University Rankings by Subject reytinqi 2011-ci ildən dərc edilir. Bu reytinq işəgötürənlərə, tələbələrə, valideynlərə və müəllimlərə dünya üzrə hansı universitetin keçilən hər bir fənn üzrə ən yaxşı olmasına dair tam və ən dolğun məlumatlar əldə etmək imkanı verir.
Dünyanın ixtisas hazırlığı sahəsində ən yaxşı universitetlərinin reytinq vəziyyəti ilə www.topuniversities.com/subject-rankings/2019 səhifəsindən daha yaxından tanış olmaq olar.
Oruc MUSTAFAYEV |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
15.03.2019 | 10:59 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|