ABŞ alimləri insanın yaddaşını əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verən xüsusi çip hazırlayıblar.

 

dni24.com saytının məlumatında bildirilir ki, kiberprotez kimi təqdim edilən kiçik ölçülü qurğu mütəxəssislər tərəfindən bilavasitə beyinə implantasiya edilir. Sonra uzun müddət informasiyanın daxil olması və saxlanılmasına cavabdeh olan impulslar tutulur və gücləndirilir. Çipin yalnız yeni informasiyanı yadda saxlama qabiliyyəti deyil, həmçinin unudulmuş hadisələri xatırlamaq imkanı da xüsusi qeyd edilir.

 

Alqoritm könüllülərin laboratoriya sınaqlarında iştirakı ilə yaradılıb. Mütəxəssislər iddia edirlər ki, kiberprotez demensiya, həmçinin Alsqeymer xəstəliyindən əziyyət çəkən pasiyentlər üçün faydalı olacaq.