Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb. Cüdoçularımız Türkiyədə 1 qızıl, 3 gümüş və 1 bürünc medala layiq görülüblər. Yarışın son günü Azərbaycan milli komandasının 2 üzvü medal qazanıb. Qızların yarışında  57 kq çəki dərəcəsində çıxış edən Aytac Qardaşxanlı bütün rəqiblərinə qalib gələrək Antalya turnirinin çempionu olub. Oğlanların mübarizəsində isə Elcan Hacıyev (73 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olub. Beynəlxalq turnirin ilk günündə Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medal, Şükran Zamanlı (55 kq) isə bürünc medal qazanıblar.

 

Qeyd edək ki, Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparıb.

 

Sifai SƏFƏROVA