Kitabları Türkiyə Respublikasının baş konsulu təqdim edib


Beynəlxalq Əlaqələr Şöbəsi universitetin Beynəlxalq mühitə inteqrasiyasına, müxtəlif universitetlərlə əlaqələrin yaradılmasına, beynəlxalq təlim və proqramlarda iştirakına şərait yaradır. Missiyasi yeni beynəlxalq əlaqələrin qurulması və universitetin dünya standartlarına uyğun beynəlxalq profilinin yaradılmasıdır. Mərkəz hər bir fakültə və kafedranı universitet səviyyəsində elm, təhsil, mədəni sahələr üzrə müvafiq ali məktəb və beynəlxalq təşkilatlarla əlaqələr və məqsədyönlü əməkdaşlıq yaratmaq məqsədi ilə koordinasiya edir, beynəlxalq əməkdaşlığın gələcək töhfələrinə dair danışıqlar aparır.

 

Bu günlərdə Türkiyə Respublikasının baş konsulu Mehmet Emin Kiraz “Naxçıvan”Universitetinin rektoru,  professor İsmayıl Əliyevlə görüşərək 46  cilddən ibarət dini ensiklopediyanı universitet kitabxanasına təqdim edib. Görüşdə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Bildirilib ki, “Naxçıvan” Universiteti respublikamızın bir çox ali məktəbləri ilə yanaşı çox- saylı xarici universitetlər və beynəlxalq qurumlarla  da əmədaşlıq müqavilələri imzalayıb ki bu əməkdaşlıqlar ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim tələbə mübadilələrinin həyata keçirilməsinə yüksək təsir göstərir.

  

Görüş zamanı “Mövlana” mübadilə proqramı çərçivəsində “Naxçıvan” Universiteti ilə Türkiyə universitetləri arasında münasibətlərin daha da genişləndirilməsinə dair, Türkiyə vətəndaşlarının “Naxçıvan” Universitetinə təhsilə cəlbi ilə əlaqədar bir sıra məsələlər müzakirə olunub. Bundan başqa, Türkiyə universitetlərində çalışan akademik heyətin ali təhsil ocağına dəvət olunması və onların  mühazirələr aparması ilə bağlı razılıqlar əldə edilib.

 

Sonda baş konsul Mehmet Emin Kiraz gətirdikləri 46 cildlik dini kitabları universitet kitabxanasına təqdim edib.