Minskdə atletika üzrə beynəlxalq yoldaşlıq turnirinə yekun vurulub. Turnirdə ölkəmizi Günel Hüseynova, Lamiyə Vəliyeva, Fəxriyyə Tağızadə, Yelena Pextireva, Sabrina Zralova, Teymur Salahzadə, Rüstəm Məmmədova, Ramiz Məlikov, Füzuli Talıbov və Aydın Bədəlov təmsil ediblər. Onlar qaçış, tullanma və nüvəitələmə yarışlarında güclərini sınayıblar. Rüstəm Məmmədov üç təkanla tullanmada 15 metr 30 santimetr nəticə göstərərək turnirdə 4-cü yerə yüksəlib. Teymur Salahzadə isə 400 metr qaçışda 49,91 saniyə ilə yeniyetmələr arasında yeni Azərbaycan rekordu müəyyən edib. Yelena Pextireva uzunluğa tullanmada 5 metr 97 santimetr nəticə göstərərək bürünc medala layiq görülüb.

 

Minsk turnirində hər bir ölkənin ən yaxşı idmançıları təqdim olunur. Rüstəm Məmmədov və Yelena Pextireva azərbaycanlı atletlərdən ən yaxşısı seçiliblər.

 

Turnirdə yarışların idarə olunmasında ölkəmizi respublika dərəcəli hakim, atletika üzrə Azərbaycan Hakimlər Kollegiyasının sədr müavini Ceyhun Hüseynov və Kənan Məhərrəmov təmsil ediblər.