Fevralın 26-da Təhsil Nazirliyinin rəhbərliyi, nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi, tabe qurumların əməkdaşları Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə ümumxalq yürüşündə iştirak edib.
Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, abidənin önünə qərənfillər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.