Paytaxt üzrə VI-XI sinif şagirdləri arasında keçirilən “Azərbaycan dili-milli varlığımızdır” adlı şeir müsabiqəsinin II mərhələsinə start verilib.

 

Müsabiqənin paytaxt üzrə rayon mərhələsində ilk mərhələnin qalibləri iştirak edəcək.

 

Müsabiqədə seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun  jest və  mimikalardan,  səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün  ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürüləcək.

 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən müsabiqənin III mərhələsi 11-30 mart tarixlərində baş tutacaq. Müsabiqənin III–şəhər mərhələsində paytaxt üzrə rayon mərhələsində I və II yerləri tutan şagirdlər iştirak edəcək.

 

Müsabiqə Azərbaycan dilinin tarixi barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə keçirilir.

 

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.