Azərbaycan rəqs sənəti haqqında şagirdlərə geniş məlumat verilib
Şüvəlan qəsəbə Mədəniyyət evində oğlanlardan ibarət rəqs kursu üzrə “ açıq dərs” keçirilib. “Açıq dərs”də Mədəniyyət evinin direktoru Anar Məmmədov və bədii rəhbər Zəminə Bayramova iştirak ediblər. Onlar şagirdlərin istedad və baçarıqlarını dəyərləndiriblər. Kursun rəhbəri Vüqar Bağırov onlarda rəqsə olan marağı daha da artırmaq üçün müxtəlif rəqs növləri üzrə məşqlər keçirib. Mədəniyyət evinin direktoru Anar Məmmədov Azərbaycan rəqs sənəti haqqında şagirdlərə geniş məlumat verib. Bildirib ki, Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir.
Sifai SƏFƏROVA