Bakıdakı 31 və 38 nömrəli tam orta məktəblərin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil ediblər. Şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar. Onlara mərkəzin bələdçiləri tərəfindən ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi xidmətləri özündə əks etdirən eksponatlar haqqında söz açılıb.
Sifai SƏFƏROVA