Tədbirdə “Budapeştdə bir gün” filmi izlənilib


Martın 28-də Azərbaycan Dillər Universitetində (ADU) “Səfirlik günü” adlı tədbir keçirilib.

 

Tədbirdə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi Azərbaycan və Macarıstan arasında müxtəlif sahələrdə inkişaf edən əlaqələrdən danışıb. O, Macarıstanda fəaliyyət göstərən ali təhsil müəssisələri haqqında məlumat verib. Bundan əlavə, Macarıstanda məskunlaşan milli azlıqların sayı, dili və sıx yaşayış yerlərindən danışan səfir V.Szederkenyi Azərbaycanda multikulturalizm dəyərlərindən də söz açıb.  

 

Macarıstan Milli Kitabxanasının direktoru Laslo Boka məşhur macar şairi və liberal inqilabçı Petöfi Şandor haqqında məlumat verib. O, P.Şandorun həyat və yaradıcılığından, yaradıcılığında yer alan əsərlərin mövzularından, həmçinin inqilabçılıq fəaliyyətindən danışıb.

 

Sonra iştirakçılar “Budapeştdə bir gün” filmini izləyiblər.