Yanvarın 31-də Milli Kitabxanada ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi münasibətilə “Məhəmməd Əmin Rəsulzadə - 135” adlı kitab sərgisi  nümayiş olunub. Sərgidə görkəmli şəxsiyyətin Azərbaycandilində və xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar maraqla qarşılanıb. Həmçinin  Əməkdar incəsənət xadimi, şair Əli Qulu oğlu Cavadzadənin ( Əli Tudə) anadan olmasının 95 illiyi münasibətilə “Əli Tudə-95” adlı kitab sərgisi də açılıb. Sərgidə şairin müəllifi olduğu Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri  nümayiş olunur.

                  

Sifai SƏFƏROVA