Tamaşanı universitetin 3-cü kurs tələbələri təqdim edib


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində P.O.Bomarşenin əsəri əsasında hazırlanmış "Fiqaronun toyu" tamaşası nümayiş olunub. Tamaşada Teatr sənəti fakültəsi “Musiqili teatr aktyoru” ixtisası üzrə təhsil alan III kurs tələbələri çıxış edib.

 

Tamaşanın quruluşçu rejissoru Ruslan İsmayılov, musiqi və rəqslərin müəllifi  Nəzrin İsmayılova, bitmeykeri “Televiziya rejissorluğu” ixtisasının tələbəsi Aleksandr Hacıyevskidir.

 

Janrı “maskalı oyun” kimi təyin olunan tamaşa mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Nümayişdən sonra  ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, Teatr sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynova, “Musiqili teatr aktyoru” kafedrasının müdiri, professor İlham Namiq Kamal, “Teatrşünaslıq” kafedrasının müdiri, professor Aydın Talıbzadə, professor İsrafil İsrafilov, Xalq artisti Məmmədsəfa Qasımov və digər müəllimlərin iştirakı ilə keçirilən müzakirədə tələbə-aktyorların ifaları təhlil olunub, tamaşanın özünəməxsus rejissor yozumu, maraqlı plastik həlli, musiqi tərtibatı və aktyor ifası ilə fərqləndiyi vurğulanıb.