Layihəyə Maştağa qəsəbəsindəki 3 məktəbdən 150 şagird cəlb olunub
"Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Sabunçu rayonunun Maştağa qəsəbəsindəyerləşən Cavid Nurməmmədov adına 108, Kamal Məmmədov adına 209 və Əliağa Vahid adına 293 nömrəlili tam orta məktəblərdə "Sağlam həyat tərzi-sağlam və fəal fərd tərbiyə edir" layihəsini icra edir.
Layihənin icrasında məqsəd yeniyetmələrin sağlamlığının möhkəmləndirilməsi, onların intellektual inkişafına yardım edilməsidir.. "Sağlam həyat tərzi-sağlam və fəal fərd tərbiyə edir" layihəsinə könüllülük prinsipi əsasında hər bir məktəbdən 50 yeniyetmə cəlb edilib. Sağlam həyat tərzi onlara praktik məşğələlər vasitəsi ilə aşılanır. Belə ki, hər bir layihə iştirakçısı fərd olaraq mütəhərrik komanda oyunlarında, intellektual qrup məşğələlərində iştirak edərək, innovativ qurğularda qabiliyyət və bacarığını artırır, yeni vərdişlərə yiyələnir, dünyağörüşünü genişləndirir. İntellektual qrup oyunları zamanı onlar Azərbaycanın qədim tarixinə ekskurs edir, tariximizi daha dərindən öyrənirlər. Komanda tərkibində idman oyunlarına qoşulmaq, intellektual məşğələ zamanı düzğün cavablar seçmək və uğur qazanmaq yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşdırır, onlarda düzgün davranış tərbiyə edir.
"Sağlam həyat tərzi-sağlam və fəal fərd tərbiyə edir" layihəsi 3 ay müddətində həyata keçiriləcək.