Naxçıvan Dövlət Universitetində “2 Fevral-Gənclər Günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış və voleybol turniri təşkil olunub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov əlamətdar gün münasibəti ilə tələbələri təbrik edib və yarışma iştirakçılarına uğurlar arzulayıb.
Qiyabi və əlavə təhsil alan tələbələrin iştirak etdiyi yarışa 10 komanda qatılıb. Hər suala 1 dəqiqə vaxt ayrılan yarışda tələbələr 25 sual əsasında dünyagörüşü biliklərini sınayıblar.
Tarix- filologiya və Pedaqoji fakültələrin tələbələri yarışın qalibi olublar. Qalib komandalara diplomlar təqdim edilib.
Universitetin İdman Kompleksində qiyabi və əlavə ali təhsil alan İqtisad və Pedaqoji fakültələrin tələbələri arasında voleybol yarışı baş tutub. Rektorluq və müəllim heyəti yarışın gedişini izləyiblər. Gərgin keçən yarışın sonunda Pedaqoji fakültənin komandası qalib gəlib