Onu ADMİU-nun 4-cü kurs tələbələri təqdim edəcək
24 yanvar saat 18:00-da Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Bremen musiqiçiləri” adlı diplom tamaşası nümayiş olunacaq. Tamaşada Teatr sənəti fakültəsinin “musiqili teatr aktyoru” ixtisasının 4-cü kurs tələbələri Seymur Xudiyev, Nəzrin Əliyeva, Kamil Nazim, Elvin Bəxtiyarlı, Nicat Qurbanzadə, Raksana İmir, Aytac Məmmədova, İmdad Tofiqoğlu, Aytac Quliyeva və Azad Şabanov çıxış edirlər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səs rejissoru Aygül Quliyeva, işıq rejissoru Vadim Kuskovdur.
Kursun rəhbəri Əməkdar artist Vidadi Həsənov, səhnə danışığı müəllimi dosent Kəmalə Mehdiyevadır.
İki gəncin saf sevgisindən bəhs edən tamaşa həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.
Tamaşaya giriş sərbəstdir.