Martın 27-də Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir  keçirilib.  Tədbirdə  müəllimlər, şagirdlər və valideynlər  iştirak ediblər. 

 

Məktəbin dil-ədəbiyyat müəllimi Aidə Hüseynova və tarix müəllimi Şəlalə Qəhrəmanovanın məruzələri dinlənilib.  Məruzələrdə 1918-ci ilin mart ayında ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklər haqqında geniş məlumatlar şagirdlərin diqqətinə çatdırılıb.

 

Sonda mövzu ilə əlaqədar müzakirə təşkil edilib, soyqırımı ilə bağlı şagirdlərin fikirləri dinlənilib.

 

Tədbir diskussiya şəklində başa çatıb.                                                                      

 

Şakir CƏFƏROV