Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə Mikayıl  Müşfiqin  anadan  olmasının  110  illiyinə  həsr olunmuş tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin  əməkdaşları,  yazıçılar  və  şairlər,  məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbirdə vurğulanıb ki, nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Tədbirdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şairin şeirlərindən parçalar söylənilib və mahnı ifa edilib.

 

Nəcibə VƏLİYEVA,

Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi