Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr studiyası 12 yanvar tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Köhnə Yeni il” adlı maraqlı bayram tədbiri ilə çıxış edib. İkihissəli tədbirin birinci hissəsində Qış mələyinin, Qar Qızın, Şaxta Babanın, şən klounların iştirakı ilə ”Qış nağılı” tamaşası, ikinci hissəsində isə böyük və maraqlı konsert proqramı təqdim olunub. Müxtəlif rəqs, mahnı və yumor nömrələrindən ibarət olan konsert uşaq və yeniyetmə , eləcə də valideynlərin zövqünü oxşayıb, onlarda xoş ovqat yaradıb.
Qeyd edək ki, “Günay” teatr studiyasında balacalar, böyüklər və gənclər üçün qruplar fəaliyyət göstərir, yəni müxtəlif yaş qrupuna aid olanlar bu studiyada məşqul ola bilərlər.
Studiyanın rəhbəri və tədbirin rejissoru Larisa Tarusova Viktorovna, xoreoqrafı isə Günəş Talıbovadır.
Sifai SƏFƏROVA