Yeniyetmə və gənc karateçilərdən ibarət yığma komandalarımız Xorvatiyada 28-ci Qran-Pri turnirində uğurla çıxış edib. Idmançılarımız Samobor şəhərində keçirilən və 23 ölkədən 1621 karateçinin iştirak etdiyi ənənəvi yarışda 10 medal qazanıblar. Medallardan dördü qızıl, biri gümüş, beşi isə bürünc olub. Turnirdə (kata) Roman Heydərov millimizin aktivinə iki qızıl medal yazdırıb. O, 18-20 yaşlı gənclər və böyüklər arasında yarışların qalibi olub. Kata turnirində digər təmsilçimiz Ceyhun İsmayılov isə 16-17 yaşlı gənclər arasında birinci pilləyə qalxıb.
Qeyd edək ki, kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, 57 kq) qızıl, Murad Hacızadə (18-20 yaşlı gənclər, +84 kq) gümüş, Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, 47 kq), Mədinə Sadıxova (48 kq), Tural Yaqubov (hər ikisi 16-18 yaşlı gənclər, 68 kq), Müseyib Məmmədov (60 kq) və Emil Güləhmədov (hər ikisi 18-20 yaşlı gənclər, 84 kq) bürünc medallara layiq görülüblər.
Sifai SƏFƏROVA