Sabirabadın Qaratəpə kənd tam orta məktəbinin binasında aparılan əsaslı təmir işləri başa çatıb.

    

Təhsil şöbəsindən aldığımız məlumata görə,1981-ci ildə istifadəyə verilən 1176 şagird yerlik məktəb binasında 35 il ərzində təmir işləri aparılmayıb. Bu da məktəbdə təhsilin yüksək səviyyədə təşkilində müəyyən çətinliklər yaradır, təhsil islahatı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə mənfi təsir göstərirdi. Təhsil ocağında yaranmış çətinlik nəzərə alınaraq ötən ilin sonlarında məktəb binasında təmir işlərinə başlanılıb.

       

Təmir zamanı məktəb binasının su, qaz, elektrik xətləri, dam örtüyü, qapı və pəncərələri yenilənib, isitmə və havalandırma sistemi qurulub, sinif otaqları, fənn kabinələri, idman və akt zalları, dəhliz və digər yardımçı otaqlar demək olar ki, yenidən tikilib. Məktəb binası yaxın günlərdə müəllim və şagirdlərin istifadəsinə veriləcək.

 

Şakir CƏFƏROV