Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Gəl, ey səhər” tələbə mahnı müsabiqəsi keçirilib. Layihənin məqsədi bacarıqlı tələbələrin istedadının üzə çıxarılmasıdır.
Layihənin Dövlət Gömrük Komitəsinin Akademiyasında, Azərbaycan Dillər, Azərbaycan Tibb, Bakı Avrasiya universitetlərində, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən seçim turu nəticəsində 18 tələbə final mərhələsində iştirak hüququ qazanıb.
Müsabiqənin final mərhələsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib. Çıxışların münsiflər heyəti tərəfindən obyektiv qiymətləndirilməsi nəticəsində Minayə Hüseynova qalib adını qazanıb.
“Gəl, ey səhər” tələbə mahnı müsabiqəsinin iştirakçıları mükafatlandırılıblar.