AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Tоrpaq ehtiyatları labоratоriyası tərəfindən Naxçıvan Muxtar Respublikasının inzibati rayonlarının mədəni və təbii bitkilər altındakı torpaqların ekoloji qiymətləndirilməsi aparılır.

 

Laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev bu məqsədlə Babək rayonunda ekskursiyada olub, torpaq, bitki nümunələri götürüb və fiziki, kimyəvi, morfoloji cəhətdən təhlillər aparıb. Tədqiqat işlərinin nəticələri əsasında inzibati rayon torpaq-kadastr yarımrayonlarına ayrılıb və təsərrüfatların sahələri üzrə ixtisaslaşdırılması aparılıb.

 

Cari il ərzində, həmçinin Culfa və Şahbuz rayonlarında tədqiqat işlərinin aparılması nəzərdə tutulub.