Oğuz rayonunun Yaqublu kənd tam orta məktəbində “Narkomaniya, dini radikalizm, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirildi.
Tədbirdən əvvəl iştirakçılar “Ağ ölüm”ə - narkomaniyaya “yox” deyək!” mövzusunda keçirilən rəsm müsabiqəsinə şagirdlər tərəfindən təqdim olunmuş rəsmlərə tamaşa etdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Əməkdar müəllim İ.Verdiyev mövzunun əhəmiyyətindən və aktuallığından danışdı.
Çıxış edənlər narkomaniya, dini radikalizm, erkən nikahın fəsadları barədə geniş məlumat verdi, bunların cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıtdığını qeyd etdi və belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük vəzifə və məsuliyyət düşdüyünü vurğuladılar.
Müəllimlərdən İ.Vahabova, Ə.İsmayılova, V.Qurbanova və psixoloq L.Sadıqova, valideynlərdən S.Məmmədov, A.Sadıqova, İ.Allahverdiyev və VK-nin sədri N.Hətəmova, şagirdlərdən K.Kərimli, A.İsazadə və T.Kərimli çıxış edərək narkomaniya, dini radikalizm, erkən nikahın insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını bildirdi, bu hallara qarşı hamılıqla mübarizə aparmağın vacibliyini irəli sürdülər.
Daha sonra “Narkomaniya” adlı sosial videoçarx nümayiş etdirildi.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Rüxsarə MUĞUMOVA,
Oğuz rayonu Yaqublu kənd T.Babayev adına tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini