Lənkəran Dövlət Universitetində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Yeni il karnavalı” keçirilib. Lənkəran Dövlət Humanitar Kolleci ilə birgə keçirilən bayram tədbirini LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq iştirakçılara bayram arzularını çatdırıb.O, başa çatmaqda olan ilin yekunlarından, 2019-cu ildə qarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Tədbirdə 2018-ci ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən yubilyar müəllimlərə fəxri fərmanlar təqdim edilib.
Karnavalda Lənkəran Dövlət Universitetinin və Lənkəran Dövlət Humanitar Kollecinin istedadlı tələbələri maraqlı konsert proqramı nümayiş etdiriblər.
Sonda professor Natiq İbrahimov tədbirin təşkilatçılarına, maraqlı musiqi nömrələri ilə çıxış edən gənc istedadlara minnətdarlıq edib.