Azərbaycan Dövlət İqtisad Universitetinin  “Maliyyə” ixtisası üzrə  IV kurs SABAH tələbəsi İslam Tağıyev “AccessBank” Tələbə Təqaüd Proqramının qalibi seçilib.

 

Azərbaycanın ali təhsil müəssisələrindən 800-dən çox tələbənin müraciət etdiyi Tələbə Təqaüd Proqramı 4 mərhələdən ibarət olub. I mərhələdə tələbələrin orta müvəffəqiyyət göstəriciləri və motivasiya məktubu əsas götürülüb. II mərhələdə tələbələr məntiq üzrə imtahan veriblər. Esse müsabiqəsindən də uğurla keçən III mərhələnin qalibləri  üçün finalda müsahibə təşkil olunub. Müsabiqənin yekununda 10 tələbə qalib seçilib.