SABAH tələbəsi Tələbə Təqaüd Proqramının qalibi olub | |
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisası üzrə IV kurs SABAH tələbəsi İslam Tağıyev “AccessBank” Tələbə Təqaüd Proqramının qalibi seçilib.
Azərbaycanın ali təhsil müəssisələrindən 800-dən çox tələbənin müraciət etdiyi Tələbə Təqaüd Proqramı 4 mərhələdən ibarət olub. I mərhələdə tələbələrin orta müvəffəqiyyət göstəriciləri və motivasiya məktubu əsas götürülüb. II mərhələdə tələbələr məntiq üzrə imtahan veriblər. Esse müsabiqəsindən də uğurla keçən III mərhələnin qalibləri üçün finalda müsahibə təşkil olunub. Müsabiqənin yekununda 10 tələbə qalib seçilib.
|
|
19.12.2018 | 16:53 | |
|
|
|