Bakıdakı G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdləri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Akademik Xalq və Caz musiqisi” Respublika festivalında iştirak ediblər. Məktəbin fortepiano ixtisası üzrə şagirdlərindən Cümşüdlü Aidə, Əlizadə Aytac tərifnamə, Qəribli Rəna diplomla, estrada və vokal ixtisası üzrə Akiyeva Nafisat tərifnamə, akademik vokal ixtisası üzrə Həsənzadə İskəndər diploma layiq görülüblər. Bəşirli Cəlal isə laureat adını qazanıb. Qala konsertdə Bəşirli Cəlal Henri Monçininin “Moon river” əsərini məharətlə ifa edib.
Qeyd edək ki, şagirdlərin bu festivalda uğur qazanmasında müəllimlərdən Kəmalə Ələsgərova, Rəna Almasova, İrina Qrinik, Yevgeniya Məmmədova və konsertmeyster Lalə Bağırzadənin əməyi böyük olub.
Sifai SƏFƏROVA