Görüşdə tələbələrə yeni layihələrin reallaşması və ixracın təşviqi ilə bağlı məlumat verilib


“Naxçıvan” Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci ilin iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin bir qrup əməkdaşı “Naxçıvan” Universitetində olub.

 İ

darəetmə fakültəsinin tələbələri ilə  keçirilən görüşü fakültənin dekanı, iqtisad üzrə fəlsəfə doktoru,  dosent Mehriban İmanova açaraq bildirib ki, 2018-ci il üzrə “Caspian European Club”un dəstəyi ilə fəaliyyət göstərən “CaspianEnergy İnternational Media Group”un hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının iqtisadi  regionlar arasında yenidən ən yüksək  bal toplayaraq qalib olması bizlərə böyük sevinc bəxş edib. Bu reytinqin əldə olunması Naxçıvan iqtisadiyyatının investisiya cazibədarlığını daha da artırmaq üçün geniş imkanlar yaradacaqdır

 

Tədbirdə İqtisadiyyat Nazirliyinin İnvestisiyaların təşviqi və ixraca dəstək şöbəsinin müdiri Emin Zeynalov çıxış edərək muxtar republikada əlverişli investisiya mühitinin yaradılması nəticəsində yeni-yeni layihələrin reallaşması və ixracın təşviqi ilə bağlı məlumat verib.”Ləzzət MMC-nin direktoru Teymur Rzayev müəssisədə istehsal olunan məhsullar və onun ixrac potensialı, uğurlu fəaliyyət və qazanılmış nailiyyətlər haqqında məruzə edib, sahibkarlar üçün səmərəli biznes mühitinin yaradıldığını vurğulayıb.

 

Sonra İqtisadiyyat Nazirliyinin Elmi Tədqiqat və Tədris Mərkəzinin elmi işçisi Mehbarə Məmmədova “Naxçıvan Muxtar Respublikası Azərbaycan üzrə investisiya reytinqinin lideridir” mövzusunda çıxış edib. Sonda tədbir iştirakçıları   muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən videoçarxa baxıblar.