Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının təşəbbüsü və təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında futzal üzrə respublika çempionatı keçirilib.

 

Gəncə Dövlət Universitetinin komandası da  çempionatda iştirak edib.

 

Baş məşqçi Tural Əliyevin rəhbərliyi ilə çempionata qatılan komanda ilk mərhələdə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Komanda yarımfinalda Azərbaycan Memarlıq və İnşaat Universitetinin futzal komandasını məğlub edərək finala yüksəlib. Finalda isə Pedaqoji Universitetin futzalçıları üzrərində üstünlüyünü təmin edən komanda ali məktəblər arasında respublika çempionu olub.

 

Qeyd edək ki, Gəncə Dövlət Universitetinin futzal komandası Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının təşəbbüsü və təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında keçirilən yarışlarda 2015-ci ildə 3-cü yeri, 2017-ci ildə isə 2-ci yeri tutub.