Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” adlı proqram çərçivəsində növbəti modul baş tutub.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məkumata görə, “Viveka” strateji innovasiya məsləhətçiliyi şirkətinin təsisçi və təlim koordinatoru Emin Okutan “Biznes modelinin yaradılması” mövzusunda çıxış edib. Dərs müddətində sahibkarlıqda problemin müəyyən olunması və biznes ideyasının yaradılması ilə bağlı müzakirələr aparılıb. Debat formasında keçirilən dərsdə, həmçinin tələbələrə iş situasiyaları ilə bağlı “problem-həll” tapşırıqları verilib, ən yaxşı həllər müəyyən olunub.