Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesablarında paylaşım edib.
 
Paylaşımda deyilir:
 
"Dəyərli müəllimlər!
 
Gənc nəslin təlim və tərbiyəsində, cəmiyyətimizin inkişafında rolunuz əvəzsizdir. Bu şərəfli işdə göstərdiyiniz əzm və fədakarlıq üçün təşəkkür edirik! Gününüz mübarək!"