“Müəllimlik çox şərəfli peşədir. Onlar gənc nəslə bilik verməklə yanaşı, onları tərbiyə edirlər. Biz Azərbaycan müəllimləri ilə fəxr edirik. Hər zaman onlara dəstək olmağa hazırıq. Təbii ki, Azərbaycanda müəllimlər, ümumilikdə götürsək, təhsil sistemi inkişaf edir. Yeni resurslar, yeni imkanlar açılır. Yeni məktəblər, kitabxanalar istifadəyə verilir”.
 
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bildirilib.
 
O, 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibət ilə bütün müəllimləri təbrik edərək onlara bu, fədakarlıq tələb edən yolda uğurlar arzulayıb,
 
Millət vəkilinin sözlərin görə, gələcəkdə görüləcək işlər də çoxdur. Çünki təhsil sektoru dayanmadan inkişaf edir. Yeni qlobal çağırışlar meydana gəlir. Yeni texnologiyalar tətbiq olunur. Müəllimlər də təbii ki, beynəlxalq standartlara çatmaq üçün öz üzərində işləməlidirlər.
 
“Əziz müəllimlər! Gələcəyin nəsillərini formalaşdırmaqda sizin əvəzsiz rolunuz var. İnkişaf və tərəqqi yolunda göstərdiyiniz fədakarlıq hər zaman yüksək qiymətləndirilir. İnanıram ki, gələcəkdə də öz zəhmətiniz və peşəkarlığınızla yeni uğurlara imza atacaq, daim irəliyə addımlayacaqsınız. Sizin bu yolda ən böyük dəstəyiniz isə bilik və sevgi olacaq!” - deyə o, müəllimlərə uğurlar arzu edib.
 
Yetər KƏRİMLİ