Elm və Təhsil Nazirliyi tərəfindən icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı növbəti qrant müsabiqəsi elan edilir.
 

Bildirək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların sayının 50 faizə çatdırılması nəzərdə tutulub. Qrant müsabiqəsinin də məqsədi uşaqları məktəbəqədər təhsilə cəlb etməklə strategiyanın hədəfinə nail olmaqdır.
 

Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu alternativxidmet@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır. 
 

Sənəd qəbulu üçün son müraciət tarixi 22 oktyabr 2024-cü ildir.
 

Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.


Layihə təklifi forması


CV forması