Oktyabrın 3-də Peşə Təhsili üzrə Dövlət Agentliyi və “PMD Projects” MMC-nin rəhbər heyətləri arasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində görüş baş tutub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə tikinti və inşaat sektorunda əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli və yüksək ixtisaslı kadrların hazırlanması, onların işlə təmin edilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin, peşə təhsili alanlar üçün sahə üzrə peşəkar mütəxəssislərin iştirakı ilə müxtəlif təlimlərin keçirilməsi, tədris prosesinə peşəkar kadrların cəlb edilməsi və təhsil sahəsində mövcud kadrların peşəkar inkişafını dəstəkləyən əməkdaşlıq mexanizmləri müzakirə olunub.
 
Görüşdən sonra təhsil mərkəzində tur təşkil edilib və şirkət nümayəndələri mərkəzin tədris otaqları və istehsalat emalatxanaları ilə yaxından tanış olublar.