Bakı Mühəndislik Universitetinin (BMU) Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın Roma Sapienza Universiteti 2024/2025-ci tədris ili ikinci semestri üçün yeni çağırış elan edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə BMU məlumat yayıb.
Tələbələr sözügedən universitetdə bir semestrlik təhsil almaq imkanı əldə edə bilərlər. Müsabiqədə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr iştirak edə bilər.
İlk seçim mərhələsində Erasmus+ KA1 mübadilə proqramında iştirak etmək istəyənlər tələb olunan sənədləri aşağıda təqdim olunan link vasitəsilə göndərməlidirlər:
1.Transkript (ümumi ortalama 85+);
2. Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);
3. Motivasiya məktubu;
4.Tövsiyyə məktubu;
5.Tərcümeyi-hal (CV);
6. AKTS - Avropa kredit transferi və yiğim sistemi tanınma vərəqi FR-033-EN (bakalavr və magistratura təhsil səviyyələrində təhsil alan tələbələrə şamil edilir);
7. Akademik heyət tərəfindən təsdiq məktubu (Doktorantura tələbələrinə şamil edilir);
8. Ətraflı tədqiqat haqqında məlumat + nəşrlərin siyahısı (Doktorantura tələbələrinə şamil edilir).
Qeyd: Müraciət etməzdən əvvəl mütləq dərslərin uyğunluğuna baxmağınız xahiş olunur. Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.
Bakalavriat və magistratura tələbələri üçün ingilis dilində tədris olunan dərslər aşağıdakı linkdə qeyd edilib: https://corsidilaurea.uniroma1.it/en
Doktorantura tələbələri ingilis dilində proqramla aşağıdakı linkdən tanış ola bilərlər: https://www.uniroma1.it/en/pagina/list-phd-programmes
Tələb olunan sənədləri 14.10.2024-cü il tarixinə kimi Qeydiyyat linkinə daxil olaraq yükləməyiniz xahiş olunur.
Əlavə sual yaranarsa Beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin Ələkbərovaya müraciət edə bilərsiniz (email: nalakbarova@beu.edu.az).