6 oktyabrda Bakı şəhəri S.C.Pişəvəri adına gimnaziyada biologiya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanı təşkil ediləcək.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, seçmə imtahanına ötən tədris ilində biologiya fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunda iştirak etmiş şagirdlər dəvət olunurlar.
 
Qeyd edək ki, imtahan saat 11:00-da başlayır, şagirdlər 10:00-dan gec olmayaraq imtahan mərkəzində olmalıdır. İmtahanda iştirak edəcək şagirdlərdən şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri xahiş olunur.