Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının yeni sədri seçilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, assosiasiyanın yeni sədri Pərvinə Qədimova olub.
 
Qeyd edək ki, Pərvinə Qədimova Bakı Avropa liseyində ibtidai sinif müəllimi olaraq işləyir. 2013-cü ildən başlayaraq müxtəlif yerli və beynəlxalq təşkilatlarda təlimçi, ekspert, proqram müəllifi, koordinator, layihə üzrə menecer vəzifələrdə çalışır. 
 
Təhsil sahəsindəki fəaliyyətinə görə Elm və Təhsil Nazirliyi tərəfindən 2020-ci ildə təşəkkürnamə, 2022-ci ildə isə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.