“ASAN” İntellektual İnkişaf Mərkəzində Masallı Rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” nə həsr olunmuş gənclər arasında “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.

     

Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov, rayon təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib və oyunun şərtlərini izah ediblər. İki gün davam edən intellektual bilik yarışında  rayonun  ümümtəhsil məktəblərinin 30 nəfər X-XI sinif şagirdi ilə yanaşı  regional “ASAN” xidmət mərkəzinin könüllülərdən ibarət bir komandası da iştrak edib.

      

Bilik yarışında  “Dəfinə” məktəb-liseyin “Dəfinə” komandası 1-ci ,  S.Hacıyev adına Viləş kənd tam orta məktəbinin “Viləş” komandası 2-ci,  Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin “Ərkivan” komandası isə 3-cü  yerləri tutublar.

 

Fərqləndiyinə görə  Masallı regional “ASAN xidmət” mərkəzinin könüllülərdən ibarət komandası  diplomla mükafatlandırılıb.

     

Digər qalib komandalara isə rayon gənclər və idman idarəsi  diplom təqdim edib.

                                                                                              

Şakir CƏFƏROV