2024/2025-ci tədris ilinin region üzrə baş tutan STEAM təlimləri yekunlaşıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, yeni tədris ili üçün keçirilən təlimlərdə ümumilikdə 600-dən çox müəllim iştirak edib. 
 
Müəllimlər "STEAM metodologiyası", "3D CAD/CAM", "Birplatalı mikrokontroller ilə kodlaşdırma", "CNC Lazer texnologiyaları", "Pilotsuz uçuş aparatları", "Nano və bio texnologiyaları" və "Sahibkarlıq" proqramları üzrə bilik və bacarıqlara yiyələniblər.