Oktyabrın 1-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə ADA Universiteti arasında işçi qaydada görüş keçirilib.
 
Agentlikdən "Azərbaycan müəllimi"nə bildirilib ki, görüş zamanı ali təhsil müəssisələrinin fəaliyyətinin beynəlxalq müstəvidə ölçülməsində qlobal elmi-analitika şirkətləri tərəfindən təqdim edilən data əsaslı təhlillərin rolu, həmin təhlillərin nəticələrinə əsasən qısa və uzunmüddətli perspektivdə strateji planlaşdırmanın vacibliyi vurğulanıb.
 
Qeyd edək ki, görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə ADA Universiteti arasında beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub və növbəti addımlar müəyyən olunub.