“MKT İstehsalat Kommersiya” MMC-nin İdarə heyətinin sədri Rövşən Mahmudov, şirkətin İnsan resursları direktoru Azər Sadıqov və MKT Akademiyasının rəhbəri Abbas Abbasov Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
 
Universitetdən "Azərbaycan müəllimi"nə xəbər verilib ki, qonaqlarla görüşən universitetin rektoru Zəfər Qurbanov onlara ali təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələri və kadr hazırlığında həyata keçirdiyi proqramlardan bəhs edib. Bildirilib ki, ADAU dayanıqlı kənd təsərrüfatı mütəxəssisi hazırlığında yerli və xarici şirkətlərlə əməkdaşlığa önəm verir. Son illərdə tələbələrin praktiki biliklərinin artırılmasına ciddi önəm verildiyini diqqətə çatdıran rektor, bu məsələdə müəssisələrin də rolunun böyük olduğunu deyib.
 
Rövşən Mahmudov birgə kadr hazırlığında ali təhsil müəssisəsi ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
 
Daha sonra birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.
 
Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə "MKT İstehsalat Kommersiya" MMC arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.