Masallı rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə yeni təyinat olub. 

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu vəzifəyə Elman Rzayev təyin edilib.

 

Qeyd edək ki, Elman Rzayev 1999-cu ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 1999-cu ildən Boladi kənd 2 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 2002-2010-cu illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib. 2010-2022-ci illərdə Boladi kənd 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. 2022-ci ildən hazırkı təyinatadək Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

 

Nilufər HACILI,

Lənkəran-Astara üzrə regional təmsilçi